Məzunumuzun uğuru
Uşaqlarla işləmək, onların inkişafına dəstək olmaq, bilik və bacarıqlarını sevgi, qayğı və məsuliyyət hissi ilə formalaşdırmaq müəllimlik peşəsinin ən şərəfli və məsuliyyətli missiyalarından biridir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məzunu Lalə Qurban qızı Əzimli 2021-ci ildə kollecin məktəbəqədər təhsil ixtisasına qəbul olunmuş, 2023-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Təhsilini davam etdirmək məqsədilə 2024-cü ildə icma əsaslı məktəbəqədər təhsil ixtisasına daxil olmuşdur. 2026-cı ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin seçim mərhələsində uğur qazanaraq Ucar rayonu Qazıqumlaq kəndi S.Salahov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil müəssisəsinə təlimçi müəllim vəzifəsinə təyin edilmişdir.
Məzunumuzu bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, ona peşə fəaliyyətində davamlı nailiyyətlər, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq. İnanırıq ki, o, gələcək fəaliyyətində ölkəmizin təhsilinə layiqli töhfələr verəcəkdir.
E.Ağayev

