Milli-mənəvi dəyərlərin təbliği
21 iyul 2026-cı il tarixində İsmayıllı şəhər Cümə məscidinin inzibati binasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə “Gənclərin tərbiyəsində vətənpərvərlik və dəyərlərin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı, İsmayıllı şəhər Cümə məscidi dini icmasının sədri Vasif Teymurov, İsmayıllı şəhər 2 nömrəli məscid dini icmasının sədri Qaya Xalıqov, dini icmaların nümayəndələri, eləcə də gənc tələbələr iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, Vətənə, dövlətə və milli irsə bağlılıq hissinin aşılanması, onların sağlam mənəvi dəyərlərə sadiq, yüksək vətəndaşlıq məsuliyyətinə malik, fəal və cəmiyyətin inkişafında yaxından iştirak edən şəxsiyyətlər kimi formalaşmasına töhfə vermək olub.
“İsmayıllı xəbərləri”

