Gənclərin maarifləndirilməsi əhəmiyyətlidir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinnin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” ictimai birliyi tərəfindən “Gənclik və dəyərlər” layihəsi çərçivəsində yekun tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək erkən evliliklərin qarşısının alınması, sağlam ailə dəyərlərinin təbliği və gənclərin maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri, layihə rəhbəri Kənan Qubadzadə çıxış edərək layihənin məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi erkən evliliklərin yaratdığı sosial, psixoloji və hüquqi problemlər barədə gənclər və yeniyetmələr arasında maarifləndirmə işi aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmləndirilməsinə töhfə verməkdir.

Qeyd olunub ki, layihə çərçivəsində yeniyetmə və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin əhəmiyyəti və gender bərabərliyinə əsaslanan ailə modeli ilə bağlı məlumatlılığın artırılması hədəflənir. Bu məqsədlə müxtəlif maarifləndirici tədbirlər keçirilib, iştirakçılara qanunvericilikdən çıxarışlar və digər məlumatlandırıcı materiallar təqdim olunub.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar paylanılıb.

R.Rəhimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir