İlin son icl ası
15 iyul 2026-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2025-2026-cı tədris ilinin başa çatması ilə əlaqədar pedoqoji Şuranın son iclası keçirilib.
İclasda kollecin direktoru, tədris və tərbiyə işləri üzrə direktor müavinləri, inzibati və müəllim heyəti iştirak edib. İclasın əsas məqsədi cari tədris ilinin yekunlarının qiymətləndirilməsi və növbəti tədris ili üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi olub.
Kollecin direktoru dosent K.Süleymanlı kadr potensialı, müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi və onların ixtisasartırma kurslarında iştirakının vacibliyini diqqətə çatdırıb.
Tədris işləri üzrə direktor müavini Ü.Nəzərova yaz semestri ərzində görülən işlər haqqında, tərbiyə işləri üzrə direktor müavini V.Mikayıllı müəllimlərin cari tədris ili ərzində iş planı əsasında gördükləri işlər, kollecdə keçirilən tədbirlər haqqında məlumat verib.Tələbələrin asudə vaxtlarının təşkili haqqında görülmüş işlər barədə hesabat verib. Tədris şöbəsinin müdirləri K.Hüseynova və E.Ağayev tərəfindən təqdim edilən hesabatlarda tələbələrin davamiyyət və müvəffəqiyyət göstəriciləri, buraxılış və aralıq imtahanlarının nəticələri təhlil olunub. İstehsalat təcrübə rəhbəri A.Qasımlı istehsalat və pedaqoji təcrübələrin yekunlaşması ilə əlaqədar qiymətləndirilmənin nəticələri barədə məlumat verib. Təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi, yay tətili müddətində görüləcək texniki işlər, yeni tədris ili üçün qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
İclasın sonunda yaz imtahan sessiyasının yekunu ilə əlaqədar müzakirələrin nəticəsi əsasında qərar qəbul edilib.
E.Ağayev


