Şairin 120 illiyinə töhfə

“Elm və təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabı çapdan çıxıb. Kitab XX yüzil tatar ədəbiyyatının ölməz nümayəndəsi, faşizmə qarşı mübarizənin rəmzinə çevrilmiş şair-qəhrəman Musa Cəlilin anadan olmasının 120 illik yubileyinə həsr olunub. Kitab Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin, Daimi Nümayəndə Murad Qadılşinin dəstəyi ilə nəşr olunub. Layihənin rəhbəri, redaktoru və ön sözünün müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Musa Cəlil haqqında xatirələri Azərbaycan dilinə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu çevirib.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir