Şəhid övladları üçün yay düşərgəsi təşkil edilib

 

“ZƏFƏR – Şəhid Ailələrinə Dəstək” ictimai birliyinin təşkilatçılığı, “BP Azərbaycan”ın maliyyə dəstəyi ilə “Basqal resort hotel”də Vətən müharibəsi şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil edilib. Düşərgə açılışında iştirakçılar Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində STEAM mərkəzi ilə tanış olublar, mərkəzin əməkdaşları şagirdlərə təlim keçiblər.

Düşərgənin bağlanış mərasimində Milli Məclsin deputatı Ceyhun Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Sevinc Orucova və digər rəsmilər iştirak ediblər.

Adları çəkilənlər  çıxış edərək düşərgənin təşkil edilməsində zəhməti olan  hər kəsə təşəkkürlərini bildiriblər, şəhid övladlarına fikir, arzu və tövsiyələrini çatdırıblar.

Hər çıxışda şəhidlərimiz hörmət və ehtiramla yad edilib, şəhid övladlarına xoşbəxt gələcək arzulanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir