Ədəbi-mədəni bağların inkişafına töhfə    

 

Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni bağların inkişafına daha bir töhfə olaraq yeni nəsil özbək poeziyasının nümayəndələrindən olan, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin “Məktubdur ömrüm” adlı şeirlər kitabı Bakıda, Azərbaycan dilində işıq üzü görüb. (Kitabda şeirlərin orijinalı da verilib).

Bu kitab müəllifin Azərbaycan oxucusu ilə ilk görüşü olmaqla yanaşı, iki qardaş xalq arasında ortaq ədəbi-mədəni yaddaşın yeni mərhələdə inkişafına xidmət edən əlamətdar layihədir.

Kitabın ərsəyə gəlməsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının uyğunlaşdırıcı müəllif və redaktor kimi birgə fəaliyyətləri nəticəsində kitab ərsəyə gəlib.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir