İsmayıllı şəhəri və Cülyan kəndi sakinlərinin nəzərinə!
HÖRMƏTLİ SAKİNLƏR!
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəhərlərdə və şəhər tipli qəsəbələrdə, xüsusilə yaşayış məntəqələrində, çoxmərtəbəli binaların və ictimai istifadədə olan ərazilərin yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllimi (nəzarətsiz) buraxılması qadağandır.
Şəhər ərazisində saxlanılan inək, camış, qoyun, keçi və digər ev heyvanlarının nəzarətsiz buraxılması piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi təhlükə yaradır, sanitariya-gigiyena vəziyyətinə mənfi təsir göstərir, park və xiyabanlarda, yaşıllıq zolaqlarında, gül kollarında və yol infrastrukturunda zədələnmələrə səbəb olur. Belə hallar, eyni zamanda, yol-nəqliyyat hadisələrinin baş verməsi riskini artırır.
Bununla əlaqədar, hər bir heyvan sahibindən saxladığı heyvanlara daim nəzarət etməsi, onların yaşayış məntəqəsi ərazisində sərbəst hərəkət etməsinə yol verməməsi və qanunvericiliyin tələblərinə ciddi riayət etməsi xahiş olunur.
Bildiririk ki, xəbərdarlığa baxmayaraq, heyvanlarını nəzarətsiz buraxan və şəhər ərazisində mal-qaranın saxlanılması qaydalarını pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə heyvan sahibləri 200 (iki yüz) manat məbləğində cərimə edilirlər.
Hörmətli sakinlər!
Yaşadığımız şəhərin və kəndin təmiz, abad, ekoloji cəhətdən sağlam və təhlükəsiz saxlanılması hər birimizin vətəndaşlıq borcudur. Göstərəcəyiniz məsuliyyətə və əməkdaşlığa görə Sizə əvvəlcədən təşəkkür edir, bu qaydalara riayət etməyinizi xahiş edirik.
İsmayıllı bələdiyyəsi

