İsmayıllı şəhəri və Cülyan kəndi sakinlərinin nəzərinə!

 

HÖRMƏTLİ SAKİNLƏR!                       

 

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə əsasən yaşayış evlərinin, həyətyanı və digər torpaq sahələrinin üzərində hər hansı yeni tikinti, əlavə tikili, artırma, yenidənqurma və ya hasar çəkilməsi işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədləri alındıqdan sonra həyata keçirilə bilər.

Müvafiq icazə olmadan aparılan tikinti işləri qanunsuz hesab olunur. Belə hallarda qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilə, tikinti işləri dayandırıla, tikinti sahibi isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilərək cərimələnə bilər.

Bu səbəbdən bütün sakinlərdən hər hansı tikinti işinə başlamazdan əvvəl aidiyyəti dövlət orqanlarına müraciət etmələri, zəruri icazələri almaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Unutmayaq ki, qanunsuz tikililərin qarşısının vaxtında alınması sonradan yarana biləcək maddi itkilərin, hüquqi mübahisələrin və məcburi söküntü hallarının qarşısını almağa xidmət edir.

Yaşadığımız şəhərin və kəndin memarlıq görünüşünün qorunması, abadlıq və qanunçuluğun təmin olunması hər birimizin ümumi vətəndaşlıq borcudur.

İsmayıllı bələdiyyəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir