Yeni bilik və bacarıqlar qazanıblar  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı, “Regional İnkişaf” ictimai birliyi, “AzInTelecom” MMC və “Runaway House”ın birgə təşkilatçılığı ilə keçirilən “İnklüziv yay düşərgəsi” uğurla başa çatıb.

Düşərgənin bağlanış mərasimində İsmayıllı və Şamaxı rayon icra hakimiyyətlərinin nümayəndələri, tərəfdaş qurumların əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Beş gün davam edən düşərgədə Şamaxı və İsmayıllı rayonlarından olan həssas kateqoriyalara aid uşaq və yeniyetmələr üçün zəngin proqram təşkil olunub. İştirakçılar tərəfdaş qurumların nümayəndələri ilə görüşlərdə iştirak edib, maarifləndirici təlimlərə, yaradıcı və əyləncəli fəaliyyətlərə qoşulub, komanda oyunları və interaktiv məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar qazanıblar. Düşərgə proqramı onların sosiallaşmasına, ünsiyyət bacarıqlarının inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

Düşərgə müddətində “Regional İnkişaf” ictimai birliyinin könüllüləri iştirakçılara yaxından dəstək göstəriblər.

Bağlanış tədbirində düşərgə iştirakçılarına və “Regional İnkişaf” ictimai birliyinin könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin musiqi kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir