İsmayıllıda “Günərzi” yay düşərgəsi
15 iyul 2026-cı il tarixində İsmayıllı şəhərindəki Heydər Əliyev adına Parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Günərzi” yay düşərgəsi keçirilib.
Düşərgənin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və zərərli vərdişlərdən uzaq, sağlam nəslin formalaşdırılmasına töhfə vermək olub.
Tədbir çərçivəsində iştirakçılarla narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə maarifləndirici söhbətlər aparılıb, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.
Daha sonra estafet yarışları, komanda oyunları və müxtəlif əyləncəli müsabiqələr təşkil olunub. İştirakçılar yarışlarda böyük həvəslə iştirak edərək həm əylənib, həm də yeni dostluqlar qazanıblar.
Sonda düşərgədə fəal iştirak edən yeniyetmə və gənclərə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olunub.

