“Söyüdlü arx” əsərinin müzakirəsi keçirilib

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxanası filialında görkəmli Azərbaycan yazıçısı İlyas Əfəndiyevin “Söyüdlü arx” əsərinin müzakirəsi keçirilib.

İlk olaraq kitabxananın əməkdaşı İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, yazıçı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi əsərlərində insan taleyi, mənəvi dəyərlər və cəmiyyətin sosial-psixoloji problemlərini yüksək bədii ustalıqla qələmə alıb.

Daha sonra iştirakçılar “Söyüdlü arx” əsərini müzakirə edərək onun ideya-məzmun xüsusiyyətləri, süjet xətti, obrazları və müəllifin qaldırdığı ictimai-mənəvi məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirin məqsədi oxucuların mütaliəyə marağının artırılması, klassik Azərbaycan ədəbiyyatının təbliği və mütaliə mədəniyyətinin inkişafına dəstək göstərilməsi olub.

E.Mikayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir