Minnətdarlıq məktubu

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, İqtisadiyyat nazirinin müavini cənab Sahib Ələkbərov ölkədə keçirilmiş beynəlxalq velosiped yarışı başa çatdıqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova məktub ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Nahid müəllim, 10-14 may 2026-cı il tarixlərində Xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komandanın iştirak etdiyi “Baku-Khankendi Azerbaijan Cucling Race” beynəlxalq velosiped yarışı keçirilmişdir.

Yarış iştirakçıları Bakı şəhərindən start götürərək 21 şəhər və rayonun ərazisindən keçmişlər, həm də ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və abadlıq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Bu mötəbər beynəlxalq tədbirin uğurla keçirilməsində göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir