Ardıcıl tədbirlər görülməkdədir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən vətəndaşlarla növbəti səyyar qəbul-görüş Lahıc qəsəbəsində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi və insanların müraciətlərinə həssas yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonun kənd və qəsəbələrində sakinlərlə birbaşa görüşlər davam etdirilir.

Qəbul zamanı Lahıc qəsəbəsinin sakinləri onları narahat edən məsələləri, təklif və təşəbbüslərini səsləndiriblər. Görüşdə qəsəbənin sosial-iqtisadi inkişafı, infrastrukturun təkmilləşdirilməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, məşğulluq və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Araşdırılması və əlavə tədbirlərin görülməsi tələb olunan müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Vətəndaşların qaldırdığı problemlərin qanunvericiliyin tələblərinə uyğun və obyektiv şəkildə həll edilməsi üçün zəruri tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Görüş zamanı sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bu cür səyyar qəbulların problemlərin yerində öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edilib ki, səyyar qəbullar vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə, onların müraciətlərinə operativ baxılmasına və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına xidmət edir. Rayon rəhbərliyi tərəfindən sakinlərin qaldırdığı məsələlərin müsbət həlli istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir