Ölkənin sosial-iqtisadi inkişafına töhfə verənlər

 

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı ölkəmizdə bu sahədə çalışan əməkdaşların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da silsilə tədbirlər keçirilib.

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Alızadə və kollektivi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra idarənin rəisi və kollektivi İsmayıllı Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiram nümayiş etdiriblər.

Keçirilən tədbirlər xalqımızın Ümummilli Liderin siyasi irsinə sadiqliyinin, eyni zamanda Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə göstərilən yüksək ehtiramın təzahürü olub.

Peşə bayramı münasibətilə təşkil olunan anım mərasimləri su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşların dövlətçilik dəyərlərinə bağlılığını, vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə hörmətini bir daha açıq göstərib.

Qeyd edək ki, su təsərrüfatı və meliorasiya sahəsi kənd təsərrüfatının inkişafında, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə çalışan mütəxəssislərin fədakar əməyi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir