Yeni sədr səylə çalışacağını qeyd edib

 

İsmayıllı rayonunda Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İclasda Milli Məclisin deputatları Eldar İbrahimov və Novruzəli Aslanov iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, İlham Əliyev tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir.

İclasda təşkilati məsələlər müzakirə olunub. Şuranın sədri Valeh Salehov səhhəti ilə əlaqədar olaraq vəzifəsindən istefa verib. Əsasnaməyə uyğun keçirilən açıq səsvermə nəticəsində Balakişi Xuduyev İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib. Eyni zamanda, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Çıxışlarda ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsində mühüm rolu, həmçinin Vətən müharibəsi dövründə göstərdikləri mənəvi dəstək xüsusi vurğulanıb.

Sonda yeni seçilmiş sədr Balakişi Xuduyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Şuranın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib. Yaddaqalan iclas xatirə şəklinin çəkilişi ilə başa çatıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir