Tədbir hamının ürəyincə olub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsmayıllıdakı Heydər Əliyev adına Parkda tədbir keçirilib.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İsmayıllı rayon təhsil sektoru və İsmayıllı rayon Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Tetmurov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəblilər və valideynlər iştirak ediblər.
Şagirdlərin hazırladıqları şeir, mahnı və rəqslər maraq və alqışla qarşılanıb.
Sonda şagirdlərə ETİHİ İsmayıllı Rayon Komitəsinin hədiyyələri təqdim edilib. Tədbir böyükdən kiçiyə hamının ürəyincə olub.
İsmayıllı rayon təhsil ictimaiyyəti adından çıxış edənlər bütün uşaqları təbrik edib, onlara sağlam və firavan gələcək arzulayıblar.

