Seçilən ssenari əsasında səhnəcik nümayiş etdirilib

 

10 iyun 2026-cı il tarixində İsmayıllı şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Prokurorluğu və İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə erkən evlilik və qohum evliliyi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər, həmçinin bu mövzuda məktəblilər arasında keçirilmiş “Ən yaxşı ssenari” müsabiqəsinin yekununa həsr olunmuş maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və mərkəzin əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı rayon prokurorunun köməkçisi İlkanə Cabbarlı, İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, Azərbaycan Elm Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak etmişdir.

“Ən yaxşı ssenari” müsabiqəsində “Gender bərabərliyi” mövzusunda Basqal qəsəbə tam orta ümumtəhsil məktəbin IX sinif şagirdi Əhmədli Firəngizin yazdığı ssenarinin l yerə layiq görüldüyü bəlli olub.

“Ən yaxşı ssenari” müsabiqəsində seçilən ssenari əsasında məktəblilər tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirilib. Şagirdlərin təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda müsabiqədə fərqlənən ssenari müəlliflərinə və səhnəciklərdə iştirak edən məktəblilərə Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir