Mərkəzin sevilən əməkdaşı

 

12 iyun 2026-cı il tarixində Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Dilşad Ağahüseyn qızı Əşrəfovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak ediblər.

Çıxış edənlər Dilşad müəllimin uzunillik pedaqoji fəaliyyətindən, səmimiliyindən, yüksək insani keyfiyyətlərindən və kollektiv arasında qazandığı hörmətdən bəhs edərək onun mərkəzin sevilən əməkdaşlarından biri olduğunu vurğulayıblar. Natiqlər yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Yubiley yaşı münasibətilə Dilşad Əşrəfova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyəsi ilə təltif olunub.

Sonda yubilyar ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.

Ülviyyə Cəbiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir