Gənclərə ötürülən töhfə

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə kollecin rəhbərliyi, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib və Milli Qurtuluş Gününün ölkəmizin müasir tarixindəki müstəsna yeri bir daha diqqətə çatdırılıb.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı ağır ictimai-siyasi böhrandan xilas edib, dövlət müstəqilliyinin qorunması və ölkədə sabitliyin bərqərar olunması üçün möhkəm zəmin yaradıb. Bildirilib ki, həmin tarix Azərbaycanın inkişaf və tərəqqi yolunun başlanğıcı kimi qiymətləndirilir.

Çıxışlarda vurğulanıb ki, Milli Qurtuluş Günündən ötən dövr ərzində ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edib, iqtisadi qüdrəti artıb, beynəlxalq nüfuzu yüksəlib. Qazanılan uğurların, həyata keçirilən genişmiqyaslı layihələrin və yaradılan imkanların bu gün gənc nəslin inkişafına, onların bilikli, vətənpərvər və müasir dünyagörüşlü vətəndaşlar kimi yetişməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Sonda iştirakçılar Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, dövlətçilik ənənələrinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildiriblər. Tədbir gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli hesab olunub.

E.Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir