Zəruri tədbirlər görülməkdədir
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Prokurorluğunun, İsmayıllı Rayon Polis Şöbəsinin, İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində 9 iyun 2026-cı il tarixində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildiriblər. Qarşılıqlı dialoq şəraitində keçən tədbir iştirakçılara bukletlərin paylanması ilə yekunlaşıb.
N.Mirzəliyeva

