Əlamətdar günə həsr olunmuş seminar

 

12 iyun 2026-cı il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunan “Heydər Əliyev və Milli Qurtuluş məfkurəsi” mövzusunda tədbir keçirilib.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, kollecin rəhbər və pedaqoji heyəti, həmçinin tələbələr iştirak ediblər.

Çıxışlarda 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki mühüm rolu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti və milli qurtuluş məfkurəsinin gənc nəslə aşılanmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin tarixi-siyasi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir