Psixoloji sağlamlıq önəmlidir
18 iyun 2026-cı il tarixində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə psixoloji məsləhətləşmə tədbiri keçirilib. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin bir qrup qadın müəllimi iştirak edib.
Görüş zamanı psixoloji sağlamlığın qorunması, stress və emosional gərginliyin idarə olunması, özünəinamın artırılması və psixososial dəstək xidmətləri barədə məlumat verilib. İnteraktiv müzakirələr, “Sual qutusu” fəaliyyəti və praktik nümunələr əsasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılar əldə etdikləri biliklərin həm peşə fəaliyyətində, həm də gündəlik həyatda faydalı olduğunu vurğulayaraq, bu cür maarifləndirici görüşlərin əhəmiyyətini qeyd ediblər.
Rəsul Rəhimli

