Uşaqlara xoş arzular çatdırılıb

 

1 iyun 2026-cı il tarixində İsmayıllı şəhərində yerləşən “Sağlam məhəllə”də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı rayonunun müxtəlif məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan balaca fidanlar iştirak ediblər. Uşaqlar üçün təşkil olunan əyləncəli idman oyunları, estafet yarışları, musiqili proqramlar və rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.

Balacalar nümayiş etdirdikləri maraqlı çıxışlar, rəqslər və idman bacarıqları ilə tədbir iştirakçılarının böyük rəğbətini qazanıblar. Bayram tədbirinin əsas məqsədi uşaqların sağlam həyat tərzinə marağının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və Beynəlxalq Uşaqlar Gününün yüksək əhval-ruhiyyədə qeyd edilməsi olub.

Sonda uşaqlara xoş arzular çatdırılıb, onların gələcəyin sağlam, vətənpərvər və uğurlu vətəndaşları kimi yetişmələrinin əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçılarına təşkilatçılar tərəfindən sertifikat, diplom və hədiyyələr təqdim olunub.

İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir