İsmayıllını onlar təmsil etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” adlı konfrans keçirilib. Tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələri olmaqla 100 uşaq iştirak edib.
Konfrans çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub, yaradıcılıq və “Uşaq tribunası” guşələri təşkil edilib. Tədbirdə çıxış edən Komitə sədri Bahar Muradova uşaqların hüquqlarının qorunması və ictimai iştirakçılığının artırılması istiqamətində görülən işlərdən bəhs edib.
Tədbirdə İsmayıllını şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nazlı Mirzəliyeva və şəhər A.Aslanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Ruhəngiz Qasımova təmsil edib. R.Qasımova “Uşaq iştirakçılığı” mövzusunda çıxış edərək uşaqların fikir və təşəbbüslərinə verilən dəyərin əhəmiyyətindən danışıb. O, uşaqların qərarvermə proseslərində iştirakının vacibliyini vurğulayıb, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin və regionlarda yaşayan uşaqlar üçün imkanların genişləndirilməsinin önəmini qeyd edib.
Sonda “100 uşağın səsi” interaktiv stendində toplanan mesajlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
E.Qasımova

