Mövcud qanunvericilik təbliğ olunur

2 iyun 2026-cı il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: Hüquq və azadlıqlarımız” mövzusunda tədbir keçirilib.

Tədbir “Heydər Əliyev siyasətində insan hüquqları” mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarənin Gənclərlə iş sektorunun əməkdaşı Cavid Qubadov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Vüqar Mikayıllı və kollecin tələbələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquq və azadlıqları barədə məlumatlılığın artırılması, vətəndaşların hüquq və vəzifələri haqqında maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin təbliği olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir