Sağlam həyat tərzi təbliğ olunur

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Gənclərin Anti-Narkomaniya ictimai birliyinin fəaliyyətində və könüllülük proqramlarında fəal iştirak edən kollec tələbələrinin təltif olunması münasibətilə görüş keçirilib.

Tədbir müəllim və tələbələr tərəfindən Vətən müharibəsində şəhid olmuş kollecin məzun və tələbələrin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayıb. Görüşdə gənclər arasında zərərli vərdişlərin fəsadları, sağlam həyat tərzinin təbliği və bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti müzakirə olunub.

Kollecin direktoru dosent Kəmalə Süleymanlı, tədris işləri üzrə direktor müavini Ülviyyə Nəzərova və Azərbaycan Respublikasının Gənclərin Anti-Narkomaniya ictimai birliyinin icraçı direktoru Xəyal Məmmədəliyev çıxış edərək, gənclərin sağlam və təhlükəsiz gələcəyinin formalaşmasında maarifləndirmə işinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Anti-Narkomaniya ictimai birliyinin fəaliyyətində və könüllülük proqramlarında fəal iştirak edən kollecin bir qrup tələbəsi Fəxri fərmanla təltif olunub və xatirə şəkli çəkilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir