Xəyal seçilən gənclərdəndir

Xəyal Məmmədəliyev – İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin uğurlu məzunlarından biridir. O, təhsil aldığı dövrdə yüksək ictimai fəallığı ilə seçilmiş, Kollecin Tələbə-Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərərək təhsil müəssisəsini müxtəlif tədbir və layihələrdə layiqincə təmsil etmişdir.

Kolleci 2019-cu ildə müvəffəqiyyətlə bitirən Xəyal Məmmədəliyev təhsilini Azərbaycan Texnologiya Universitetində qida mühəndisliyi ixtisası üzrə davam etdirir, hazırda həmin ali təhsil müəssisəsinin sonuncu kurs tələbəsidir. Gənclər sahəsində fəal ictimai fəaliyyəti ilə seçilən məzunumuz Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqələrinin ikiqat qalibi olmuş, müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrdə, o cümlədən Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda və III MDB Oyunlarında fəal iştirak etmişdir.

O, həmçinin Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramında təlimçi və nəzarətçi kimi fəaliyyət göstərmiş, ölkəmizin beynəlxalq arenada yüksək səviyyədə təmsil olunmasına töhfə vermişdir.

Gənclər siyasətinin həyata keçirilməsi, regional layihələrin idarə olunması və ictimai fəaliyyəti sahəsində qazandığı uğurlara görə 2026-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülmüşdür.

Hazırda Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərən Xəyal Məmmədəliyev gənclər üçün nümunəvi inkişaf yolu nümayiş etdirir və kollecin uğurlu məzunları sırasında öz layiqli yerini alır.

Çoxsaylı uğurlu məzunlarımızdan biri olan Xəyal Məmmədəliyevə gələcək fəaliyyətində də müvəffəqiyyətlər arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir