Yaz imtahan sessiyası davam edir
1 iyun 2026-cı il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
Əyani təhsil forması üzrə keçirilən və 29 iyunadək davam edəcək imtahan sessiyasının şəffaf və obyektiv, mövcud normativ-hüquqi tələblərə uyğun təşkili məqsədilə kollec tərəfindən bütün tədbirlər görülüb.
Tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsinin təmin olunması məqsədilə fənlər üzrə imtahanqabağı göstəricilərə dair bütün məlumatlar – dərsə davamiyyət, semestr ərzində yerinə yetirilən tapşırıqlar, sərbəst işlərin nəticələri imtahanlardan əvvəl tələbələrə çatdırılmışdır. Sessiya müddətində imtahan prosesinə operativ nəzarətin təmin olunması, tələbə müraciətlərinin və yarana biləcək mübahisəli məsələlərin çevik şəkildə araşdırılması məqsədilə Qərərgah və Apellyasiya komissiyası yaradılıb. İmtahanların qüvvədə olan normativ sənədlər və təsdiq edilmiş təlimatlar əsasında keçirilməsi, eləcə də sessiya dövründə akademik dürüstlük prinsiplərinə və nizam-intizam qaydalarına ciddi riayət olunması kollec rəhbərliyinin diqqət mərkəzində saxlanılacaq.
Nəticələr imtahan keçiriləndən sonra 3 (üç) gün ərzində tələbələrə çatdırılacaq.
Akademik borcu qalan və üzrlü səbəbdən imtahanlarda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunacaq.
2 iyun 2026-cı il tarixində kollecin direktoru Kəmalə Süleymanlı və Tədris işləri üzrə direktor müavini Ülviyyə Nəzərova imtahanın gedişini izləyiblər.
Elmir Ağayev

