Tarixi əhəmiyyət və milli-mənəvi dəyər daşıyan kitab

İyun ayının 20-də yazıçı-jurnalist Təranə Cəbiyevanın “Babadağa baxan ellər – 2” kitabının təqdimatı keçirilib. Yüksək səviyyədə təşkil olunmuş, tədbirdə dəyərli ziyalılarımız elm, sənət adamları iştirak ediblər.

Tədbirdə ruha rahatlıq gətirən ziyalı sözləri, şirin xatirələr, məzmunlu, mənalı çıxışlar səslənib. Çapdan çıxan kitabın tarixi əhəmiyyətindən, görülmüş işlə milli-mənəvi dəyərlərimizə verilən qiymətdən geniş danışılıb. Tədbirə aparıcılıq edən Esmira Əlişova və Məhəbbət İbrahimli müəllifin qısa həyat tarixçəsi barədə verdikləri məlumatdan, eləcə də videoçarxa baxışdan sonra  Milli Məclisin üzvü  Novruzəli Aslanov şair  Baba Vəziroğlu,  hüquq elmləri doktoru Simran Həsənov, İsmayıllı RİH-nin rəsmisi Nəsimi Teymurov, kitabın redaktoru Daşdəmir Əjdəroğlu, qələm dostları Xeyrulla Ağayev, Bəhruz Məmmədov, müəllifin təhsil aldığı məktəbin müəllimləri ürək sözlərini səsləndiriblər.

Söylənilən  qürurverici sözlər arasında  “Niyal” instrumental ansamblının üzvləri oxuduqları mahnılarla tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra  hamının ürəyincə olan təqdimat bərəkətli süfrə ətrafında, şən, oynaq musiqi sədaları altında uyğun məkanda davam edib.

Təranə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir