Dostlarla kitab təqdimatında

 

“Qaya” istirahət mərkəzində qələm dostlarımdan bir qrupunun iştirakı ilə “Yollar ayrıcında” kitabımın təqdimatı keçirilib. Tədbirin təşkilatçılarına və əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Mərasimdə “Ay işığı” ədəbi qrupunun Fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldım.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Rüstəm Məbudoğlu sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib.

Şair paylaşımında daha sonra yazıb:

“‘Ay işığı’ ədəbi qrupunun rəhbəri Kərəm müəllimə, qələm dostlarım Zərifə Zərriyəyə, Fatimə xanıma, ‘Dağ çiçəkləri’ ədəbi məclisinin rəhbərinə, eləcə də ‘İsmayıllı yazarları’ ədəbi-ictimai birliyinin sədri Şahməmməd Dağlaroğluna və birliyin bütün üzvlərinə təşəkkür edirəm.

İnşallah, daha geniş tərkibdə keçiriləcək təqdimatda görüşərik”.

Xəbər bu fikirlərlə tamamlanıb.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir