Mənəvi borcumuz

Rayon rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan iməcilik çərçivəsində İsmayıllı şəhərində və kəndlərdə yerləşən qəbiristanlıqlarda geniş abadlıq və təmizlik işləri həyata keçirilib. Aksiya zamanı qəbiristanlıq əraziləri məişət tullantılarından, alaq otları, kol-kos və qurumuş ağaclardan təmizlənib. Yaranmış səliqə-sahmanın nəzarətdə saxlanılması tövsiyə olunub.

Ümumrayon səviyyəsində həyata keçirilmiş iməcilikdə bir sıra kollektiv və idarələrin əməkdaşları xüsusi fəallıq göstəriblər.

Ağsaqqallar, əhali arasında nüfuz sahibi olanlar bu işin həmişəlik olaraq diqqətdə saxlanılmasının vacibliyindən danışıblar. Bildiriblər ki, dünyasını dəyişmiş yaxınlarımızın ruhunu əziz tutmaq üçün onların uyuduqları məkanları təmiz və abad saxlamaq bizim mənəvi borclarımızdan biridir.

Keçirilən bu kimi iməciliklər milli-mənəvi dəyərlərimizin qorunması, müqəddəs ziyarət yerlərinə hörmət və ehtiramın nümayiş etdirilməsi, eləcə də ətraf mühitin mühafizəsi və abadlığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

“İsmayıllı xəbərləri”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir