Ölkə səhiyyəsi inkişafdadır

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təntənəli tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarətdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, Ağciyər Xəstəlikləri Mərkəzi İsmayıllı Regional Xəstəxanasının direktoru Anar Məmmədov və xəstəxananın kollektiv üzvləri iştirak ediblər. Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri qoyulub.

Tədbirin rəsmi hissəsi xəstəxananın akt zalında davam etdirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, qonaqlar və tibb işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov Azərbaycan səhiyyəsinin inkişafından, tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan və onların şərəfli, məsuliyyətli fəaliyyətindən bəhs edib. O, bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edərək onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, mərhəmət və səbr arzulayıb.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. İcra başçısı qeyd edib ki, ölkədə səhiyyənin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. O, tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, insanların sağlamlığının qorunması istiqamətində gördükləri fədakar əməyə görə təşəkkürünü bildirib və hər bir əməkdaşa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı digər natiqlər də səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən gözəl arzularını çatdırıb.

Leyla Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir