Qarşılıqlı ünsiyyətə mühüm töhfə

 

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və istirahət yönümlü tədbirlər həyata keçirilir. Belə tədbirlər müəllimlərin gündəlik gərgin iş fəaliyyətindən bir qədər uzaqlaşmasına, yeni enerji toplamasına və həmkarlar arasında qarşılıqlı ünsiyyətin daha da inkişaf etməsinə mühüm töhfə verir. Bu baxımdan təşkil olunan növbəti tur iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılandı.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun 40 nəfərə yaxın əməkdaşı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin İsmayıllı Rayon bölməsinin təşkilatçılığı ilə Quba rayonunun “Nazlı bulaq” istirahət mərkəsində gəzinti turun keçirildi. Turda iştirak edənlər çalışdıqları təhsil ocaqlarının həmkarlar təşkilatına rəhbərlik edən müəllimlər idilər.

Anadan olduğum günün həmin tarixə təsadüf etməsi mənim üçün ikiqat fərəhli oldu. Sanki ən əziz adamlarımla doğum günümü qeyd edirdim. Səfərimiz çox maraqlı və yaddaqalan oldu. Turun təşkilində xüsusi əməyi olan yerli komitə rəhbəri Hafiz müəllimə, eləcə də Musa müəllimə və Güllübəyim xanıma adımdan və qrup üzvləri adından təşəkkür edirəm.

Təbiətin gözəlliyi, səmimi kollektiv mühiti və tur ərzində keçirilən maraqlı söhbətlər iştirakçıların hər birində xoş təəssüratlar yaratdı. Belə görüşlər həm müəllimlər arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, həm də kollektiv ruhunun yüksəlməsinə xidmət edir.

Ümid edirik ki, gələcəkdə də bu cür maarifləndirici və istirahət xarakterli səfərlər davam etdiriləcək, təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili istiqamətində yeni layihələr həyata keçiriləcəkdir.

İlham Sədov,

İsmayıllı rayon Gəndov kənd ümumi orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatın sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir