Müsabiqə qalibləri mükafatlandırılıb

Elm Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ)  İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Respublika fənn müsabiqəsinin final mərhələsinə vəsiqə almış şagirdlərlə görüş keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin  İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Respublikanın fənn müsabiqəsinin rayon və zona turunun qalibləri, onların müəllimləri və valideynləri iştirak etdiblər.

İstedadlı şagirdlərlə keçən səmimi görüşdə onların əldə etdiyi nailiyyətlər bir daha hörmətlə səsləndirilib və gələcək müsabiqələrdə daha böyük uğurlar qazanmaq üçün fikir mübadiləsi aparılıb.

Sonra Respublika final mərhələsinin iştirakçıları, (15 nəfər) istedadlı şagirdlər ETİHİ İsmayıllı Rayon Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Fənn müsabiqəsi qaliblərini rayonun təhsil ictimaiyyəti adından təbrik edir, gələcək müsabiqələrdə daha böyük uğurlar qazanmağı arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir