Təhsil ili başa çatır, uğurlar davam edir
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən “Memarlıq və Şəhərsalma ili”nə həsr olunmuş intellektual məktəb çempionatında İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin komandası region mərhələsində qalib olaraq, respublika mərhələsinə vəsiqə qazanmışdır.
Rayonumuzun təhsil ictimaiyyəti adından komandanı təbrik edir, finalda uğurlar arzulayırıq.
Komandanın yarışda iştirakını təmin etdiyi üçün 3 nömrəli məktəb-liseyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirik.

