İdmançımız Avropa çempionatında bürünc medal qazanıb

11-15 iyun 2026-cı il tarixlərində Rumıniyanın Kodliya şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təşkilatçılığı ilə qol güləşi üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirilib.

Yarışda Avropanın 30 ölkəsindən 600-ə yaxın idmançı müxtəlif çəki kateqoriyalarında əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən Azərbaycan qol güləşi üzrə milli yığma komandasının üzvü və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı çavuş Toğrul Şahlarlı yüksək nəticə göstərərək uğur qazanmağı bacarıb. Belə ki, o, 86 kq. çəki dərəcəsində sol qol üzrə 11 görüş keçirərək bürünc medalın sahibi olub.

Qalibə Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təsis etdiyi diplom və medal təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir