Masaüstü oyun tədris olnur

“Pusqu qurdu” masaüstü oyunu barədə ilk dəfə “İsmayıllı xəbərləri” qəzetinin 2025-ci ilin mart ayında oxuculara məlumat vermişdik. Bu masaüstü oyun digər idman oyunlarından bir çox hallarda fərqliliyi ilə seçilməklə yanaşı, yenilikləri də özündə cəmləmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən № 14573 Şəhadətnamə ilə 6 noyabr 2024-cü il tarixdə qeydiyyata alınmışdır.

Oyunun yaradıcı müəllifi Azim Arif oğlu Mirzəliyevə, kvalifikasiya verilmiş məşqçi-müəllim Sertifikate ID: 10020020 ilə təltif edilmişdir. Bu oyun Azərbaycan dili əlifbasını özündə ilk dəfə əks etdirən 9 hərfin ardıcıllığı A,B,C,Ç,D,E,Ə,F,G olmaqla, eləcədə 108 xanadan, 9 şaquli və 12 üfüqi xətlərdən “Pusqu qurdu” masaüstü idman oyunudur. Hər iki tərəfdə ağ və qara olmaqla hər oyunçunun 18 ədəd fiquru vardır. Ağ fiqurlara oynayan oyunçu püşkatma yolu ilə seçilir və oyuna başlayır.

Qədim ənənələri yaşatmaq, milli dəyərləri gələcək nəsillərə ötürməsinin vacibliyi baxımdan oyun ilk dəfə 2025-ci ildə İsmayıllıda keçirilən Novruz bayramı şənliyində ictimaiyyətə təqdim olunub.

Bir il sonra, 2026-cı ilin aprel ayında tarixdə “İsmayıllı xəbərləri” qəzetində oyunla bağlı üçüncü məqaləmiz – “Bu devizi yaşatmaq bizim borcumuzdur” başlıqla dərc olunub.  Həmin ildə keçirilən Novruz bayramı şənliyində ikinci dəfə “Pusqu qurdu” masaüstü idman oyunun müəllifi və məşqçi-müəllimi kimi iştirak etdim.  Bayram masamızı izləyən İcra Hakimiyyətinin başçısı Nahid Bağırov oyunun qaydaları ilə maraqlandı. Başçının marağını nəzərə alaraq “Pusqu qurdu” oyununun qaydaları, oyun lövhəsinin quruluşu və onun Azərbaycan milli düşüncə tərzi ilə bağlı ideyası haqqında ətraflı məlumat verdim. Başçı bildirdi ki, qeyd olunan qaydalara görə bu oyun sadəcə əyləncə vasitəsi deyil, həm də gənclərin məntiqi təfəkkürünün inkişafına, strateji düşünmə qabiliyyətinin formalaşmasına və milli dəyərlərin qorunmasına xidmət edən yeni bir idman növüdür.

Oyunun yaradıcı müəllif və məşqçi-müəllimi kimi arzum İsmayıllını zirvələrdə olan  idman şəhəri kimi tanıtmaqdır. İstərdim ki, bu oyun təhsil metodikası çərçivəsində məktəblərdə və idman klublarında tədris olunsun. Sağlam, aktiv və uğurlu gələcək naminə “ Yolumuz zəfərə, gücümüz birliyə!” devizini yaşatmaq əbədi borcumuzdur.

Gənclər və İdman naziri Fərid Qayıbovun İsmayıllıda keçirdiyi vətəndaş qəbulunda mən də iştirak etdim. Qəbul zamanı oyunla bağlı fikirlərimi, eləcə də onun təbliği istiqamətində düşüncələrimi cənab nazirlə bölüşdüm. Görüşümüzdən, etdiyim müraciətin nəticəsindən çox məmnun qaldım. Hörmətli nazirin göstərişi əsasında

“Pusqu qurdu” adlı layihəyə dəstək verilməsi və bu sahə üzrə oyunların təşviq edilməsinə şərait yaradılması İsmayıllı Olimpiya İdman Kompleksində lazımi şərait və avadanlıqlarla təmin edilmiş iş otağı artıq istifadəmizdədir.

Bu sevindirici xəbəri oxucularımız, eləcə də idman həvəskarları ilə  bölüşmək olduqca xoşdur.  Sevimli ünvanda may ayından işə başlamışıq. Layihə çərçivəsində tədrisin açılışda Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin İdman sektorunun müdiri Rəşad Osmanov, sektorun aparıcı məsləhətçisi Samir Rəcəbov, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov, həmçinin digər iştirakçılar açılış zamanı “Pusqu qurdu” oyunun müəllifi və məşqçi-müəllimi kimi mənə – Azim Mirzəliyevə oyunun tədris metodikasındakı fəaliyyətdə uğurlar arzulayaraq, gənclərimizi bu maraqlı masaüstü oyunun sirlərini öyrənməyə dəvət etdilər.

Hazırda müəllif və məşqçi-müəllim kimi İsmayıllı Olimpiya İdman Kompleksində “Pusqu qurdu” adlı layihəyə dəstək verilməsi, təbliği üçün bu oyunun təhsil metodikası tədris olunur. İsmayıllı rayonunda gənclərin intellektual və strateji düşüncə bacarıqlarının inkişafına yönəlmiş yeni təşəbbüs uğurla həyata keçirilir. Məşğələlər çərçivəsində iştirakçılara “Pusqu qurdu” masaüstü strateji oyununun qaydaları və taktiki üsulları öyrədilir. Təlimlər zamanı oyunun nəzəri və praktiki tərəfləri izah olunur, iştirakçılar arasında sınaq görüşləri keçirilir. Layihənin əsas məqsədi gənclərin məntiqi təfəkkürünü, komanda işi bacarıqlarını və qərarvermə qabiliyyətini inkişaf etdirməkdir. Təlimlərin gələcəkdə daha geniş auditoriyanı əhatə etməsi və müxtəlif yaş qrupları üçün yarışların təşkil olunması nəzərdə tutulur. Məqsəd gələcəyin intellektual inkişafını, birlikdə inşa etməkdir.

Yeni idman oyununun tətbiqi və təbliği işində fikirlərimi dəstəkləyən və bu işin vüsət almasında dəstək olan, bu kiçik yazıda adları çəkilən dəyərli insanlara, eləcə də gördüyümüz işləri, qazanılan nailiyyətləri işıqlandıran “İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyətinə təşəkkürümü bildirirəm.

Azim Mirzəliyev,

“Pusqu qurdu” masaüstü idman oyunun müəllifi və məşqçi-müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir