Uşaq hüquqlarının qorunması vacib məsələdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 12 iyun 2026-cı il tarixində Mərkəzdə “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmə keçirilib.
İctimai dinləmədə İsmayıllı RİH başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi-böyük məsləhətçi Göyçək Rəhimova, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədr müavini Mövlud Ağayev, İsmayıllı Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, İsmayıllı Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı və kollecin ümumtəhsil qruplarında dərs deyən müəllimləri, “İsmayıllı xəbərləri” qəzetinin baş direktoru Şahməmməd Dağlaroğlu, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimləri, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və icma sakinləri iştirak ediblər.
İctimai dinləmədə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, “Uşaq hüquqları haqqında” qanunda edilən ən son dəyişikliklər, qanunvericiliyin gətirdiyi mühüm yeniliklər, həmçinin uşaq hüquqlarının pozulmasına görə nəzərdə tutulan inzibati xətalar və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilib. Diskussiya şəklində keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
X.Bağırova

