İsmayıllı komandası üçüncü olub

Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi bu il “Gənclər Paytaxtı” Goranboy rayonunda keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak ediblər.

Yarışdan öncə Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edilib.

Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir