Əməkdaşlıq əlaqələri genişləndirilir
İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Bakı şəhəri Qaradağ rayonu Cəbbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. İsmayıllı rayonunda fəaliyyət göstərən Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi ilə Bakı şəhəri Qaradağ rayonu Cəbbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbi arasında qurulmuş əməkdaşlıq əlaqələri çərçivəsində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə zəngin və maraqlı konsert proqramı təşkil olunub. İştirakçılar konsertdən sonra xatirə şəkli çəkdiriblər.

