Uşaqların təhlükəsiz, sağlam və xoşbəxt gələcəyi diqqətdədir
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsmayıllı Yanğından Mühafizə Hissəsində tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, FHN Şimal-Qərb Regional Mərkəzinin, rayonun idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanları rəhbərləri, eləcə də məsul işçilərinin, şəhid ailələri və onların övladlarının iştirakı təmin olunub.
Tədbir çərçivəsində uşaqlar üçün maarifləndirici çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, xüsusi texnika və avadanlıqlar nümayiş etdirilib. Balacalara bayram əhval-ruhiyyəsi bəxş edən müxtəlif əyləncəli tədbirlər təşkil olunub, onlara hədiyyələr təqdim edilib.
Uşaqların sevincinin və xoş təəssüratlarının mərkəzində olduğu tədbir onların təhlükəsiz, sağlam və xoşbəxt gələcəyinə göstərilən diqqət və qayğının növbəti təzahürü olub.
“İsmayıllı xəbərləri”

