İşgüzar müəllimin yubileyi qeyd olunub

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 40 ilə yaxın Uşaq Birliyi Təşkilatı rəhbəri işləyən Pərvanə Məmmədovanın 60 illik yubiliyi işlədiyi məktəbdə qeyd olunub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri iştirak ediblər.

Pərvanə müəllim yüksək keyfiyyətləri haqqında yorulmadan, istənilən qədər danışmaq olar. O, yaxşı pedaqoq, yaxşı psixoloq, yaxşı sosioloq, yaxşı ailə başçısı, yaxşı ana və yaxşı bacıdır.

P.Məmmədova kollektivin və şagirdlərin dərin hörmətini qazanmaqla yanaşı, mütəmadi olaraq müəlim və şagirdlərlə birgə şəhid və qazi ailələrini ziyarət edir, özünəməxsus səmimiyyəti, xoş rəftarı, işgüzarlığı ilə hər zaman diqqət mərkəzində olur.

Əziz və dəyərli Pərvanə müəllimi bir daha rayonumuzun təhsil ictimaiyyəti adından təbrik edir, ona can sağlığı, firavan həyat, uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir