Qənnadı sexində tələbələrlə görüş
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi Şəxsin sonuncu kurs tələbələrinin İstehsalat və sınaq təcrübələri davam edir. Mövcud müəssisələrdə istehsalat təcrübəsində iştirak edən tələbələr kollec rəhbərliyinin daim diqqət mərkəzindədir. Həmçinin təcrübə müddətində tələbələrə sahə üzrə mütəxəssislər tərəfindən rəhbərlik olunur. Qida məhsullarının təhlükəsizliyi ixtisasının təcrübə rəhbəri Nuriyyə Xələfli İsmayıllı rayonu ərazisində yerləşən “İvanovka sovqatları” qənnadı fabrikində tələbələrlə görüşüb. Onların istehsalat təcrübələri ilə yaxından tanış olub və təhkim olunduqları istehsalat obyektinə gəlişlərinin davamiyyəti ilə maraqlanıb.

