Direktor müavininə uğurlar arzulanıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti üçün 2-6 fevra 2026-cı il tarixlərində Şəki şəhərində təlim proqramı təşkil olunmuşdur.
Təlimdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-inə yeni təyin olunmuş Tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı iştirak etmiş və təlimi müvəffəqiyyətlə başa vurduğu üçün sertifikata layiq görülmüşdür.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi təlim kolleclərə yeni təyin olunmuş rəhbər heyətin təhsil proqramlarının keyfiyyətli icrası, kadr siyasəti, idarəetmənin təkmilləşdirilməsi istiqamətində keçirilmişdir.
Təlimdə uğurla iştirak edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi Şəxsin Tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllıya gələcək fəaliyyətində uğurlar arzulayırıq.
E.Ağayev

