Vacib məsələlər diqqət mərkəzində    

 

13 fevral 2026-cı il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-ində 2025-2026-cı tədris ilinin yaz semestrinin başlanması münasibətilə Pedaqoji Şura iclası keçirilib.

İclasın gündəliyində yaz semestrində tədris prosesinin təşkili, vakant dərs saatlarının bölgüsü, fənlərin tədrisi zamanı keyfiyyətin artırılması, tələbələrin davamiyyəti və nizam-intizam məsələləri müzakirə olunub.

Eyni zamanda yeni semestrdə qarşıda duran vəzifələr, tədris planlarının icrası, metodiki işlərin təşkili və istehsalat təcrübəsinin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

İclasın sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və müəllim heyətinə tapşırıqlar verilib.

 “İsmayıllı xəbərləri”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir