Tədbir maraqla qarşılanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Uşaq Səfirlər Məclisinin İsmayıllı rayon üzrə nümayəndələri və fəal gənclərlə birlikdə maarifləndirici görüş keçirilib.
Tədbirdə UADM-in direktoru Lətifə Əliyeva giriş sözü ilə iştirakçıları salamlayaraq gənclər arasında ailə dəyərlərinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzusunda çıxış edib.
Sonra Mərkəzin sosial iş üzrə mütəxəssis–psixoloqu Kəmalə Əhmədova və sosial pedaqoq Xatirə Bağırova gənclərin şəxsi inkişafını dəstəkləmək, onların özünəinamını artırmaq, sosial bacarıqlarını gücləndirmək məqsədilə interaktiv oyunlar, qrup işləri, sual-cavab sessiyaları və düşündürücü müzakirələr keçiriblər.
Səmimi və pozitiv mühitdə keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
A.Soltanova