Gənclər görüşdən məmnun qalıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional Nümayəndəliyinin İsmayıllı bölməsinin bir qrup könüllüsü “Peşəkar kadr” layihəsi çərçivəsində “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasında olub. Könünüllülər qəzetin baş redaktoru, şair-jurnalist Şahməmməd (Dağlaroğlu) Soltanovla görüşüblər.
Şair qonaqları ilə tanışlıqdan sonra özü, işi və yaradıcılığı barədə onlara ətraflı məlumat verib.
Zəngin həyat təcrübəsinə malik redaktor səmimi söhbət mühitində keçən görüşdə gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda şair görüşün fəallarına çapdan yenicə çıxmış “Sən yaşa, Azərbaycan” adlı şeirlər kitabını və “İsmayıllı xəbərləri” qəzetinin son bir neçə nömrəsini hədiyyə edib.
Gənclər görüşdən məmnun qaldıqlarını bildiriblər.
Leyla Ağamalızadə

