2025-ci ildə İsmayıllı rayonunun sosial, iqtisadi inkişafı       

 

2025-ci ildə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 389410,7 min manatlıq və ya 2024-cü illə müqayisədə 17,0 faiz çox ümumi məhsul buraxılışı olmuşdur. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi nominal ifadədə 24,3 faiz artaraq 4440,71 manat təşkil etmişdir. Məhsul və xidmətlərin 70,6 faizi istehsal sahələrinin, 29,4 faizi isə xidmət sahələrinin payına düşür. Ümumi məhsul buraxılışının 42,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 26,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 20,4 faizi tikinti, 8,2 faizi sənaye, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,1 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.

2025-ci ildə 2024-cü illə müqayisədə məhsul buraxılışının həcmi real ifadədə tikinti sahəsində 3,1 dəfə, informasiya və rabitə sahəsində 30,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 17,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,6 faiz artmış, sənaye sahəsində 7,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində isə 1,2 faiz azalmışdır.

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31811,7 min manatlıq və ya 2024-cü illə müqayisədə 7,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 15,1 faizi mədənçıxarma sənayesində, 62,7 faizi emal sənayesində, 17,4 faizi elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 4,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilə nisbətən istehsalın həcmi emal sənayesində 63,3 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 7,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 21,5 faiz azalmışdır.

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmışdır. 2025-ci ildə tarlalardan qarğıdalı da daxil olmaqla 96531,0 ton və ya keçən ilə nisbətən 1,6 faiz az dənli və dənli paxlalı bitkilər, 9045,0 ton (13,2 faiz az) kartof, 5022,0 ton (5,9 faiz az) tərəvəz, 10163,0 ton (2,0 faiz çox) meyvə və giləmeyvə, 1190,0 ton (25,3 faiz az) üzüm yığılmışdır.

2025-ci ildə diri çəkidə 5474 ton ət, 36801 ton süd, 10752 min ədəd yumurta, 271 ton yun istehsal olunmuşdur. 2024-cü il ilə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,3 faiz artmış, yun istehsalı isə 10,6 faiz azalmışdır.

Əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 2,6 faiz azalmış, heyvandarlıq məhsullarının istehsalı isə 0,1 faiz artmışdır.

2025-ci ildə əsas kapitala 127875,7 min manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 37,7 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 108371,1 min manatı və ya 84,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Tikinti təşkilatları tərəfindən 79523,5 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ildə 2033 min ton yük və 8894 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 5,6 faiz, sərnişin daşınması isə 6,4 faiz çox olmuşdur.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 4188,1 min manatlıq xidmətlərin 87,2 faizi əhali sektoruna aid olmuşdur. 2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki illə müqayisədə 30,9 faiz artmışdır.

2025-ci ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 320266,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 45957,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü illə müqayisədə əmtəə dövriyyəsi 0,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 9,0 faiz artmış, ticarət şəbəkəsində 197791,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 122475,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2025-ci ildə istehlak qiymətləri indeksi 2024-cü illə müqayisədə 107,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida malları üzrə 106,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 108,7 faiz təşkil etmişdir.

2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 9235 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 5543 nəfər, qeyri-dövlət sektorunda isə 3692 nəfər təşkil etmişdir. 2025-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı 654,5 manat təşkil edərək keçən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmuşdur.

01 yanvar 2026-cı il tarixinə rayon əhalisinin sayı 87888 nəfər olmuşdur.

Əfqan Məmmədov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir