Ümumlisey valideyn iclası keçirilib
“Talıstan” liseyində “Məktəb-valideyn münasibətləri” mövzusunda iclas keçirilib.
İclasda Təhsilalanların İntizam Qaydaları, Valideyn-məktəb əməkdaşlığı, iştirakçılığın artırılması imkanları, effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılması, şagird rifahının təmin edilməsi üzrə mövcud dəstək mexanizmlərinin təhlili istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib.
İclasda liseyin direktoru Elçin Məmmədov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, şöbənin sahə rəisi, polis mayoru Səfa Əsgərov, müəllimlər və valideynlər iştirak ediblər.
İclasın sonunda hər bir valideynə qeyd olunan istiqamətlərdə təkliflərini hazırlayıb lisey rəhbərliyinə təqdim etmək tövsiyə olunub.
Ü.Osmanlı


